21.06.2022 - 12:57
Gündəm
3 baxış
"Siz məni sevindirdiniz, var olun!"
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatlarının maaşı artırılması ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.
Deputat Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında maaşlarının artırılması ilə bağlı məsələdən xəbərsiz olduğunu bildirib. O, sözügedən artımın Azərbaycanda gedən islahatlarla paralellik təşkil etdiyini deyib:
“Siz məni sevindirdiniz, bundan xəbərsiz idim, indi öyrənəcəyəm görüm maaşlarda artım var, ya yox. Mənə hələ xəbər çatmayıb. Amma təbii ki, buna fikrim müsbətdir. Bu, Azərbaycanda gedən islahatlarla bağlıdır. Onun bir tərəfi islahat tərəfidir, o biri tərəfi isə infilyasiya ilə əlaqədardır”.
Qeyd edək ki, dəyişikliyə əsasən Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Buna qədər o 2475 manat maaş alırdı.
Qərara əsasən Milli Məclis sədrinin birinci müavini 3195 AZN, Milli Məclis sədrinin müavini 3017 AZN, Milli Məclisin komitə və komissiya sədri 2840 AZN, Milli Məclisin komissiya sədrinin müavini 2662 AZN, Milli Məclisin deputatı 2485 AZN miqdarında aylıq vəzifə maaşı alacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb
05.11.2019 - 17:21
“Boeing” şirkəti qəzalardan əvvəl problemlərdən xəbərdar olub
07.05.2019 - 10:40
Məlahət Abbasovanın AzTV-dəki verilişi bağlandı - Qalmaqal
27.04.2020 - 12:00
Polisə karantin postlarının qurulması göstərişi verilib?
18.03.2021 - 13:49
29 Vətən müharibəsi iştirakçısı polisdə işə qəbul olundu
13.07.2023 - 14:32
Rəsul Quliyevdən “Bakıya qayıtsam, müxalifətə qoşulmayacam” mesajı
18.01.2023 - 11:59