Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi - Ödənişdən narazıdır

“Bakı Metropoliteni”ndə quraşdırma işləri həyata keçirən şirkət qurumu məhkəməyə verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, metroda təmir və avadanlıqların quraşdırılması işlərini görən “Safe Life” MMC metropoliteni müqavilə üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
Şirkət yanğın və mühafizə siqnalizasiyası; sulu, qazlı, köpüklü yanğın söndürmə sistemlərinin; kamera-nəzarət və girişə nəzarət sistemlərinin; yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını; yeraltı və yerüstü avto dayanacaqlarda naviqasiya və ödəmə sistemlərinin quraşdırılması ilə məşğul olur. Metronun yeni stansiyalarında bu işləri görsələr də, ödənişdə razılığa gələ bilməyiblər. MMC ödənişin tam həyata keçmədiyini iddia edir.
“Bakı Metropoliteni” isə bu ittihamı qəbul etmir. Qurumun sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hazırda iş məhkəmə prosesində olduğu üçün bundan başqa mövqe bildirmək istəmirlər: “Hər şey məhkəmənin qərarı ilə ortaya çıxacaq”.
İddiaya 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?