Şimal-şərqdə güclü fırtına: Nyu York və Nyu Cersi fövqəladə vəziyyət elan etdi
ABŞ-ın şimal-şərqində milyonlarla insan həftə sonu güclü fırtınanın təsiri altına düşüb. Fırtına sahil daşqınları, elektrik kəsintiləri, səyahət xaosu və stadion tədbirlərinin ləğvi ilə nəticələnib.
Minval.info xəbər verir ki, ABŞ Milli Hava Xidməti (NWS) “nor’easter” adlanan bu fırtınanın Nyu York şəhəri və Boston da daxil olmaqla bir sıra ərazilərə “təhlükəli sahil daşqınları və çimərlik şəraiti, güclü küləklər və leysan yağışlar” gətirdiyini bildirib.
Nyu York və Nyu Cersi ştatlarında bəzi ərazilərdə sahil daşqınlarına görə fövqəladə vəziyyət elan edilib. Yağış və güclü küləklər Virciniyadan Meynə qədər proqnozlaşdırılıb.
Nyu York şəhərinin Bruklin rayonunda bir nəfər yıxılan ağacın altında qalaraq həyatını itirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş