Sığortalılara yeni dövr: Uçot qaydaları necə dəyişir?
Sığorta sahəsində yeni bir dövr başlayır. Nazirlər Kabineti sığortalılar üçün yeni uçot qaydasını təsdiqləyib. Bu qayda, sığorta məlumatlarının daha dəqiq və şəffaf şəkildə idarə olunmasını təmin edəcək.
Minval.info xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sığortalıların sığortaçıda qeydə alınan məlumatları arasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortalının hüquqi və faktiki ünvanı, əlaqə nömrəsi və digər vacib məlumatlar yer alır.
Qərara görə, sığortalıların icbari sığorta təminatının başlanğıc tarixi, yenidən təşkil və ləğv edilmə tarixləri, sığorta haqları üzrə hesablanmış və ödənilmiş məbləğlər də uçotda əks olunacaq. Həmçinin, artıq ödənilmiş sığorta haqları və bu haqların Fond tərəfindən qaytarılması ilə bağlı məlumatlar da daxil ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Regionda ilk qar 14 oktyabrda gözlənilir
Turisti təəccübləndirən musiqi haqqı: 7 avro!
Bakubus sürücüləri "İntizar"la musiqi günü qeyd etdi
Suraxanıda sakinlər təhlükə içində: Evlərə su dolur!
Avropada yeniyetmələrə sosial şəbəkə məhdudiyyəti!
Avtobus gözləyənlər üçün təhlükəsizlik çağırışı
Taylanddan turistlərə qeyri-adi xəbərdarlıq: Burada ölməyin!