Şeydayev Mahirin müdəfiəsinə qalxdı - "Fitə basılması..."
Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda “Arsenal”la keçirilən görüşdə əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılmağına münasibət bildirib.
Minval.info xəbər verir ki, “Krılya Sovetov”un futbolçusu şəxsi İnstaqram səhifəsində bu barədə paylaşıb edib. O, millidə komanda yoldaşı olan gənc hücumçunu müdafiə edib, azarkeşləri yerli futbolçulara dəstək olmağa çağırıb:
“Salam qardaşlar! Azarkeşlərimizə səslənmək istəyirdim. Dünən “Qarabağ” – “Arsenal” matçını izlədim. Qardaşımız, Mahir Mədətov əvəzlənəndə stadion onu fitə basmağa başladı!
Nəyə görə? Niyə?
O, bizim oyunçumuzdu, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridi. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. Belədə o sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun!
Hər kəsin çətin periodları olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularınıza hörmətlə yanaşın. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstək olun!
Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq!
Çox sağolun!”
Qeyd edək ki, Mahir Mədətovun “Arsenal”la görüşdə bir neçə qol epizodunu dəyərləndirə bilməməsi azarkeşlərin etirazına səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...
"Onlara ehtiyacımız var" - Messi
İlin transfer bombası reallaşır
UEFA “Qarabağ”ın oyunlarını keçirəcəyi stadionu rəsmən açıqladı
Millini daşıyan təyyarə alovlandı - Dünya çempionatında - VİDEO
Pele səhhəti barədə açıqlama verib
Azərbaycan millisinin üzvü İspaniya klubunda - Rəsmi