ŞƏT sammitində 28 mühüm sənəd imzalandı
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçıları Bişkekdə keçirilən sammitin yekununda 28 sənəd imzalayıblar. Bu sənədlər arasında ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi, təşkilatın Antinarkotik Mərkəzinin İcra Komitəsi haqqında əsasnamə və Pakistanın Lahor şəhərinin 2026–2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı qərar da yer alıb.
Minval.info xəbər verir ki, sammit çərçivəsində liderlər nüvə və nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinə dair bəyannamə qəbul ediblər. Eyni zamanda, ailə institutunun dəstəklənməsi və möhkəmləndirilməsi ilə bağlı bəyanat, eləcə də fövqəladə hallardan zərər çəkmiş ölkələrə yardım göstərilməsi barədə sənəd də imzalanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək