Sənədsiz evlər kanalizasiya sisteminə qoşula biləcək?
Bakının müxtəlif bölgələrində kanalizasiya infrastrukturunun genişləndirilməsi və yenilənməsi istiqamətində işlər davam etdirilir. Paytaxtın bir sıra ünvanlarında yeni kanalizasiya kollektorlarının tikintisi aparılır, mövcud xətlərin isə yenilənməsi və şəbəkənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Yeni kollektorların istifadəyə verilməsi ilə şəhərin kanalizasiya sisteminin yükünün azaldılması, xüsusilə mərkəzləşdirilmiş şəbəkəyə çıxışı olmayan ərazilərdə infrastruktur imkanlarının artırılması gözlənilir.
Minval.info xəbər verir ki, tikinti başa çatdıqdan sonra sənədsiz evlərin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulması məsələsi gündəmdədir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, su və ya tullantı su təchizatına qoşulma mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir. Belə ki, qoşulma və xidmətlərdən istifadə etmək üçün vətəndaş müvafiq sənədlərlə, o cümlədən çıxarışla Xidmətə müraciət etməlidir. Yalnız bütün sənədləri olan və tələblərə cavab verən vətəndaş su və ya kanalizasiya təchizatına qoşula bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır