28.03.2018 - 18:45
Siyasət
15 baxış
Sekuta Dağlıq Qarabağ münaqişəsindən danışdı: "Yaddan çıxarmamalıyıq"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına kömək etmək lazımdır.Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) diplomatın fəaliyyətinin başa çatmasına həsr olunan aylıq işgüzar naharında deyib.
Səfir qeyd edib: “Biz Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini və münaqişəsinin beynəlxalq prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına kömək etmək lazım olduğunu yaddan çıxarmamalıyıq”.
R.Sekuta bildirib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə yeni imkanlar təqdim edir, həmçinin onun beynəlxalq əhəmiyyətinin artmasına şərait yaradır:
“Azərbaycan öz coğrafi mövqeyi sayəsində Avropadan Mərkəzi Asiya vasitəsilə Əfqanıstana hərbi yüklərin göndərilməsi üçün həyati əhəmiyyətli nəqliyyat kanalı olan “Şimal paylayıcı şəbəkəsi”nin mühüm tərkib hissəsinə çevrilib”.
Bu il Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd edildiyini xatırladan diplomat deyib ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsidir: “Bu gün Azərbaycan dünyəvi müsəlman ölkəsi, eləcə də müxtəlif etnik və dinlərarası tolerantlıq ölkəsi olaraq dünyaya nümunədir”. // trend
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
05.09.2026 - 14:57
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
05.09.2026 - 14:15
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
04.09.2026 - 21:48
Meloni İtaliyada yeni siyasi rekord qırdı
04.09.2026 - 21:27
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
02.09.2026 - 12:49
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
01.09.2026 - 16:55