Seksual asılılıq xəstəlik kimi qəbul edildi
Seksual asılılıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik kimi qəbul edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu xəstəlik zamanı həkim diaqnozunun qoyulması və müəyyən müalicənin tətbiq edilməsi nəzərdə tutulub.
Belə ki, ÜST obsesiv-kompulsiv seksual davranışları psixi pozğunluq kimi qəbul edərək, xəstəliklər siyahısına əlavə edib.
“Ancaq biz hesab edirik ki, hazırkı vəziyyətdə seksual davranışların pozğunluğu insanlarda narkomaniya və alkoqolizmdən əziyyət çəkən xəstələrdə müşahidə edilən əlamətlər kimi müşahidə edilir” – deyə ÜST eksperti Cefri Ridd bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər kataloquna cinsi asılılığın daxil edilməsi, bu xəstəliyə tibbi müayinənin təyin edilməsi, müvafiq müalicə təyin edilməsi və müvafiq tibbi sığortanın bağlanması üçün əsas yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır