Şəkidə zipline faciəsi: 2 ölüm, istintaq başladı
Sentyabrın 8-də Şəki rayonunun Baş Küngüt kəndində yerləşən ‘Şəki yaylası’ istirahət mərkəzində iki nəfərin hündürlükdən yıxılaraq həyatını itirməsi ilə nəticələnən faciə baş verib. Hadisə zamanı 1999-cu il təvəllüdlü Ucal Bayramov və 1995-ci il təvəllüdlü Coşqun Məmmədzadə ‘Zipline’ əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya uğraması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib. Nəticədə hər iki şəxs yerə düşərək hadisə yerində vəfat edib.
Minval.info xəbər verir ki, Şəki rayon prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanan iş üzrə ibtidai istintaq aparılır. Hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, ‘Zipline’ qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu araşdırılır.
Prokurorluq, media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələrini və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmamasını xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?