Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Göygöl Rayon İcra Hakimiyyəti və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunan “Zəfərin izi ilə” adlı layihə çərçivəsində şəhid ailələrinin Şuşa şəhərinə səfəri təşkil edilib.
Minval.info xəbər verir ki, səfərdə Göygöl rayonundan şəhid ailələri iştirak edib. Layihənin məqsədi şəhid ailələrinə mənəvi dəstək göstərmək və qəhrəmanlarımızın keçdiyi döyüş yolunu ehtiramla xatırlamaqdır. Eyni zamanda, Zəfər tariximizin simvolu olan Şuşanın tarixi və mədəni irsi ilə tanışlıq da layihənin əsas hədəflərindəndir.
Səfər iştirakçıları əvvəlcə Yuxarı Gövhər Ağa məscidini ziyarət edərək, şəhidlərin xatirəsini yad ediblər. Daha sonra qonaqlara Şuşada həyata keçirilən bərpa işləri və şəhərin tarixi irsi haqqında məlumat verilib. Cıdır düzü, Üzeyir Hacıbəyli və Xurşidbanu Natəvanın güllələnmiş büstləri kimi önəmli məkanlar da ziyarət olunub. Ekskursiya zamanı iştirakçılara Vətən müharibəsində Şuşa uğrunda aparılan döyüşlər və Zəfərin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
“AzerGold” QSC şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək verən korporativ sosial məsuliyyət siyasəti ilə tanınır. Şirkət bu kateqoriyadan olan şəxslərin sosial rifahını yüksəltmək üçün müxtəlif layihələr həyata keçirir.
Hazırda “AzerGold” QSC-də və onun törəmə təşkilatlarında 334 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır. Onlar həmçinin şirkətin təhsil və sosial dəstək layihələrinə də qatılırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Milli Məclis kollektivi Zəfər parkını ziyarət etdi
Formula 1 Azərbaycan Qran-Prisindən sonra nəqliyyat bərpa olundu
Laçın və Kəlbəcərdə şəhidlərin xatirəsi anıldı
Bakı küçələrində nəqliyyat hərəkəti Formula 1 sonrası bərpa olundu
Dövlət Statistika Komitəsində yeni şöbə müdiri təyin edilib