Saxta generalın ağlasığmaz fırıldağı: İşə düzəltmək adı ilə 1,5 milyon aldı
Rusiyada maraqlı bir həbs əməliyyatı həyata keçirilib.
Publika.az-ın məlumatına görə, Rusiya hüquq-mühafizə orqanları özünü Müdafiə Nazirliyinin generalı kimi təqdim edərək, insanları işə düzəltmə vədi ilə aldadan bir şəxsi saxlayıblar. Hadisə Belqorod vilayətində baş verib və şübhəli şəxs 1,5 milyon rubldan çox məbləği bir vətəndaşdan alıb.
Məlumata əsasən, yalançı general 1960-cı il təvəllüdlü İvan Morozovdur. O, özünü Rusiya Müdafiə Nazirliyinin “məxfi xidmətinin” general-polkovniki kimi qələmə verərək, Belqorod vilayətində antiterror əməliyyatı rejiminin rəhbəri olduğunu iddia edib. O, vətəndaşları hüquq-mühafizə orqanlarında əlaqələrinin olduğuna inandıraraq, onların problemlərini həll etməyi təklif edib. Daha sonra isə “general” onların əmlakını ələ keçirib.
Morozov, zərərçəkənlərdən birinə hüquq-mühafizə orqanlarına işə düzəlmək vədi ilə 1,5 milyon rubldan çox pul alıb. Hətta, zərərçəkəndən bu məbləğin könüllü şəkildə borc verilməsi barədə qəbz də yazmağı tələb edib.
Bu faktla bağlı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsi 10 ilə qədər həbs cəzası gözləyir. Hazırda müstəntiqlər onun digər dələduzluq epizodlarını və zərərçəkənləri müəyyənləşdirməyə çalışırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Namizəd Səfərova hökm oxundu
Şirkət rəhbərinə hökm oxundu
İngilis futbolçu Noel-Uilyams üç təcavüz və narkotik ittihamı ilə üz-üzədir
Azərbaycanda 1,4 milyon manatlıq mənimsəmə hadisəsi
5 milyon borc, son mübahisə və müəmmalı ölüm