Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Vəkillər Kollegiyasının keçmiş üzvü və hüquqşünas Namizəd Səfərov, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətə azadlıqdan məhrum edilib. Baku.ws-ın “Report”a istinadən verdiyi məlumata görə, məhkəmə prosesində bu qərar elan olunub.
Xatırladaq ki, əvvəlki iclasda dövlət ittihamçısı Səfərovun 8 il müddətə həbs olunmasını tələb etmişdi.
Məlumata görə, Namizəd Səfərov 2025-ci il dekabrın 9-da polis tərəfindən saxlanılıb. O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini mənimsəməkdə günahlandırılır.
İttihamda bildirilir ki, Səfərov, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandıraraq ondan külli miqdarda pul almış, lakin vədini yerinə yetirməmişdir. Bu səbəbdən vətəndaş polisə müraciət etmişdir.
Nəticədə, N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Namizəd Səfərova hökm oxundu
Şirkət rəhbərinə hökm oxundu
İngilis futbolçu Noel-Uilyams üç təcavüz və narkotik ittihamı ilə üz-üzədir
Azərbaycanda 1,4 milyon manatlıq mənimsəmə hadisəsi
5 milyon borc, son mübahisə və müəmmalı ölüm
Saxta şirkət yaratmaqla Qəddafinin malikanəsini ələ keçirməyə çalışdı