25.11.2026 - 12:34
İngilis futbolçu Noel-Uilyams üç təcavüz və narkotik ittihamı ilə üz-üzədir
Kriminal 367 baxış

İngilis futbolçu Noel-Uilyams üç təcavüz və narkotik ittihamı ilə üz-üzədir

“Barnet” klubunun ingilis futbolçusu İsaya Noel-Uilyams üç təcavüz, iki cinsi cinayət və narkotik qaçaqmalçılığı ilə əlaqədar ittiham olunur. Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Məlumatlara görə, ittihamlar sırasında yetkinlik yaşına çatmayan şəxslə cinsi təcavüz və cinsi əlaqə də yer alır. Hertfordşir polisinin məlumatına əsasən, futbolçu B sinif narkotiklərin paylanması ilə bağlı bir işdə də iştirak edir.

Qeyd edək ki, Böyük Britaniyada bu sinif narkotiklərə adətən kannabis, ketamin, kodein və amfetamin kimi psixotrop dərmanlar daxildir.

Noel-Uilyams 21 noyabrda Magistrat Məhkəməsində çıxış etdikdən sonra hazırda həbsdədir. Onun növbəti məhkəmə dinləməsi 22 dekabra təyin olunub.

“Barnet” klubu oyunçunun vəziyyəti ilə bağlı məlumatlı olduğunu və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib. Klubun açıqlamasında qeyd olunur ki, hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edilir və əlavə şərh verilməyəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: