29.11.2026 - 12:24
Fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirildi
Gündəm 92 baxış

Fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirildi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə müxtəlif bölgələrdə maarifləndirmə tədbirləri təşkil olunub. Bu tədbirlər Sumqayıt, Gəncə, Naftalan, Goranboy, Zaqatala, Şəki, Xaçmaz, Masallı, Astara, Tərtər və Bərdə rayonlarında keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Xüsusilə yanğın və zəlzələ kimi hallarda nə etmək lazım olduğu izah edilib.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı iştirakçılara suallar ətraflı cavablandırılıb, beləliklə, vətəndaşların məlumatlılığı artırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: