29.11.2026 - 13:14
Tolyattikauçuk zavodu PUA zərbəsindən sonra yandı
Dünya 150 baxış

Tolyattikauçuk zavodu PUA zərbəsindən sonra yandı

Tolyattidə, Rusiyada yerləşən “Tolyattikauçuk” zavodunda yanğın baş verib. Yanğının pilotsuz uçuş aparatlarının hücumu nəticəsində baş verdiyi ehtimal olunur.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya mediası xəbər yayıb. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev də regionun sənaye müəssisələrinə hücumu təsdiqləyib.

Qubernatorun açıqlamasına əsasən, zavod oktyabrın 24-də də hücuma məruz qalıb. “Tolyattikauçuk” zavodu, taktiki və ballistik raketlərin istehsalında istifadə olunan bərk raket yanacağının hazırlanmasında mühüm rol oynayan sintetik kauçuk istehsal edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: