Namizəd Səfərova hökm oxundu
Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən prokuror Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub və o, Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, Günel Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. Səfərov, vəzifəli tanışları vasitəsilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb.
Lakin vədinə əməl etməyib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Namizəd Səfərov özünü təqsirli bilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Şirkət rəhbərinə hökm oxundu
İngilis futbolçu Noel-Uilyams üç təcavüz və narkotik ittihamı ilə üz-üzədir
Azərbaycanda 1,4 milyon manatlıq mənimsəmə hadisəsi
5 milyon borc, son mübahisə və müəmmalı ölüm
Saxta şirkət yaratmaqla Qəddafinin malikanəsini ələ keçirməyə çalışdı