29.11.2026 - 11:54
Netanyahudan İsraildə dönüşümlü baş nazirlik təklifi
Dünya 129 baxış

Netanyahudan İsraildə dönüşümlü baş nazirlik təklifi

İsraildə koalisiya görüşmələri kritik mərhələyə çatarkən, Müvəqqəti Baş nazir Binyamin Netanyahu iqtidarda qalmaq üçün yeni bir addım atdı. O, Yashar Partiyasının lideri və hökuməti qurma vəzifəsi verilmiş Qadi Eysenkota dönüşümlü baş nazirlik təklifi edərək, yaradılacaq hökumətdə baş nazir müavini olaraq fəaliyyət göstərməyə hazır olduğunu bildirdi.

Minval.info xəbər verir ki, İsrailin ən uzun müddət baş nazir vəzifəsində çalışan Netanyahu, müxalifət partiyalarının alternativ hökumət qurma işlərində irəliləyiş əldə etməsindən sonra birlik hökuməti çağırışı etdi. Netanyahu ilə Eysenkotun bazar günü bir araya gələrək iqtidar paylaşımını müzakirə etməsi gözlənilir.

The Telegraphın məlumatına görə, Netanyahu baş nazirlik vəzifəsini ilk mərhələdə Eysenkota buraxmağa hazır olduğunu, daha sonra yenidən hökumətin başına keçməyi nəzərdə tutan bir idarəetmə modeli təklif etdi. Təklifini İsrailin qarşılaşdığı təhlükəsizlik təhdidləri ilə əsaslandıran Netanyahu, “gerçək, səmimi və sürətləndirici müzakirələrə” hazır olduğunu bildirdi.

Müxalifətdəki B’Yachad Partiyasının lideri Yair Lapid isə Netanyahu’nun son təklifini “açıq bir tələ” olaraq qiymətləndirərək Eysenkotu xəbərdar etdi. Lapid, Likud Partiyasının ölkəni erkən seçkilərə aparmadan əvvəl güclü tərəf imici yaratmağa çalışdığını vurğuladı.

Eysenkot isə mövcud iqtidarı sona çatdıracaq bir koalisiya razılaşmasına yaxın olduqlarını ifadə etdi. O, keçən həftə Likuda “gizli bir kanal vasitəsilə” əhatəli bir təklif təqdim etdiyini, lakin təşəbbüslərinin cavabsız qaldığını bildirdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: