25.11.2026 - 13:34
Şirkət rəhbərinə hökm oxundu
Kriminal 240 baxış

Şirkət rəhbərinə hökm oxundu

Sosial şəbəkələr vasitəsilə sərfəli qiymətlərlə inşaat təmir işlərini həyata keçirmək vədi ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən təmir-tikinti inşaat şirkətinin rəhbəri Zahir Əskərovun cinayət işinin məhkəməsi yekunlaşıb.

Publika.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq, təqsirləndirilən şəxs 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zahir Əskərov zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, rəhbərlik etdiyi şirkətin cəlbedici reklamlarını sosial şəbəkələrdə yayaraq, digər şirkətlərdən daha ucuz qiymətə təmir-tikinti işlərini həyata keçirmək vədi verib və vətəndaşları aldadıb.

Zahir Əskərov buna görə bir neçə nəfərlə müqavilə bağlayıb, öncədən aldığı ödənişlərə görə vəd etdiyi təmir-tikinti işlərini həyata keçirməyərək vətəndaşlara qarşı dələduzluq edib. İttihama görə, təqsirləndirilən şəxs 5 nəfər zərərçəkənə 200 min manata qədər ziyan vurmaqda ittiham olunur.

Zahir Əskərova qarşı CM-nin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: