Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib
Yaxın Şərqdəki gərginliyin artması səbəbindən Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib. Baku.ws-ın məlumatına görə, bu barədə Pakistan Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində rəsmi açıqlama yayımlayıb.
Hərbçilərin yola salınma mərasimində Pakistanın müdafiə naziri Məhəmməd Asif, ordu rəhbərliyinin nümayəndələri və Səudiyyə Ərəbistanının Pakistandakı səfiri iştirak ediblər. Bu tədbir, iki ölkə arasında müdafiə sahəsindəki əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.
Pakistan tərəfi vurğulayıb ki, göndərilən hərbi kontingentin əsas məqsədi Səudiyyə Ərəbistanının təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də müdafiə qabiliyyətlərini gücləndirməkdir.
Qeyd edək ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə avqustun 7-də kollektiv müdafiə haqqında saziş imzalayıb. Bu razılaşmaya əsasən, tərəflərdən birinə qarşı edilən hücum, digər iştirakçılara qarşı da hücum kimi qiymətləndiriləcəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin ordusu seyyar körpü ilə təlim keçirdi
ABŞ, Türkiyə və Rusiya arasında S-400 raketləri müzakirə edilir
Letoniyanın hava sahasına İHA müdaxiləsi NATO təyyarələrini qaldırdı
Rusiya Finlandiya sərhədinə yaxın ərazidə hərbi bazanı yeniləyir
Azərbaycan və Özbəkistan hərbçilərinin iştirakı ilə təlim keçirilir