Samir Abasovla “Qarabağ” azarkeşləri arasında qalmaqal

Azərbaycan Premyer Liqasının 4-cü turunun “Neftçi” – “Qarabağ” oyunu (1:2) zamanı qalmaqal yaşanıb.
“Minval.info” xəbər verir ki, Ağdam klubunun “İmarət” azarkeş qrupu “Neftçi”nin baş məşqçisi Samir Abasovu istefaya səsləyib.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Bakı klubunun çalışdırıcısı S.Abasov rəqib tərəfdarlara buna görə ağır cavab verdiyini bildirib: “Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Həmin azarkeşlərə təşəkkür edirəm. Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı. Əlbəttə onlar üçün Samirin getməyi yaxşıdır”.
“İmarət” azarkeş qrupu bu gün feysbuk hesabında “Neftçi”nin baş məşqçisinə xəbərdarlıq edib: “Samir Abasov deyib ki, onlara ağır cavab verdim. Ürəyində cavab verirmiş. Gələn oyun ağırlığı görərsən, Abasov”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?