Şamaxıdakı zəlzələ anının görüntüləri yayıldı – Video
Ötən gecə Şamaxıda baş vermiş zəlzələdən görüntülər yayılıb. Görüntüləri Trend agentliyi yayıb.
Mağazalardan birinin müşahidə kameralarına düşən görüntülərdə rayon sakinlərinin təşviş içərisində oranı tərk etməsi görünür. Kadrlardan görünür ki, sözügedən mağazaya xeyli miqdarda ziyan dəyib. Rəflərdə olan ərzaq və içkilər yerə dağılaraq yararsız hala düşüblər.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova isə bildirib ki, Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib.
Xatırladaq ki, dünəndən indiyədək beş zəlzələ qeydə alınıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 kilometr cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.
Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.
https://youtu.be/KeZvlRu-9Ng
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi