Şamaxı zəlzələdən sonra - REPORTAJ
Ötən gecə Şamaxıda baş verən zəlzələ əhalidə həyəcan yaradıb.
Oxu.Az xəbər verir ki, zəlzələ maddi ziyana səbəb olub.
Evlərinə ziyan dəyən şəhər sakinlərinin dediklərinə görə, divarlarda çatlar yaranıb, evlərin damları zədələnib.
Hazırda avterşoklar davam etdiyinə görə əhali narahatlıq içindədir. Zəlzələ zamanı xəsarət alıb təcili şəkildə şəhər xəstəxanasına yerləşdirilənlər var.
Şəhər klinikasının baş həkimi hadisə yerində olan Oxu.Az-ın müxbirinə bildirib ki, cərrahiyə şöbəsinə üç nəfər müraciət edib, onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
Hazırda şəhərə dəyən ziyan araşdırılır.
Xatırladaq ki, Şamaxıda ilkin zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi