Salyanda gəlinin toy günü başqası ilə qaçmasının səbəbi bəlli oldu
Salyan rayonunun Qaraçala qəsəbəsində toy günü başqasına qoşulub qaçan gəlinlə bağlı bəzi təfərrüat məlum olub.
Minval.İnfo xəbər verir ki, Qaracala kənd sakinlərinin Aznews.az-a verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlana qoşulub-qaçıb:
“Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə, valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub-qaçıb.
Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.
Qeyd edək ki, Salyan rayonunda gəlin toy günü başqasına qoşulub qaçıb. Pis duruma düşən bəy isə toy günü başqa bir gəlin taparaq evinə gətirib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ürək tutmasından ölən 2-ci kurs tələbəsi idmançı imiş
Hikmət Hacıyev “Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-ə çağırış etdi
Zamirə Hacıyevanın bir milyonluq üzüyü müsadirə olundu – Foto
Toylara icazə veriləcək - RƏSMİ
Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir - FOTO
