31.03.2018 - 10:50
Kriminal
24 baxış
Salyanda ceyran ovunda silahlı qarşıdurma - Məmur vuruldu

Salyan rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.
Minval.İnfo report-a istinadən xəbər verir ki, hadisə martın 30-da axşam saatlarında Şirvan Milli Parkı ərazisində qeydə alınıb.
Belə ki, Hacıqabul rayon sakinləri – 30 yaşlı Elvin Tərxan oğlu İsrafilov və 35 yaşlı Rahil Heybət oğlu Ağayev ceyran ovlamaq məqsədilə qanunsuz olaraq Şirvan Milli Parkına daxil olublar. Bundan xəbər tutan parkın əməkdaşları brokonyerləri yaxalamaq istəyən zaman Rahil Ağayev əlindəki silahla qoruğun əməkdaşlarına atəş açıb. Nəticədə parkın sahə müfəttişi, Bakı şəhər sakini, 57 yaşlı İltifat Şirəli oğlu Xalıqov qarın boşluğundan ağır olmayan güllə yarası alıb. Buna baxmayaraq, hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əvvəlcə Elvin İsrafilov, sonra isə Rahil Ağayev zərərsizləşdirlib. Baxış zamanı onlardan 1 baş ceyran, 1 ədəd bıçaq, işıqlandırıcı (pojektor) maddi sübut kimi götürülərək şöbəyə gətirilib.
Hadisə yerinə gəlmiş təcili yardım stansiyasının həkimləri tərəfindən yüngül yara almış İltifat Xalıqova ilk tibbi yardım göstərilib və qarın nahiyəsindən güllənin qırması çıxarılaraq ambulator müalicəyə buraxılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
31.10.2026 - 12:24
Azərbaycan elminə ağır itki
31.10.2026 - 11:54
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
31.10.2026 - 10:14
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
30.10.2026 - 17:34
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
30.10.2026 - 16:24
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30.10.2026 - 12:24
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
30.10.2026 - 12:14
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
30.10.2026 - 11:54