Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv oluna bilər
Hüquq müdafiəçiləri “siyasi məhbus” hesab edilən 37 nəfərin əfv edilməsi üçün onların sənədlərini Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edib.
“Minval.info” xəbər verir ki, bu barədə Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
Onun sözlərinə gərə, siyahı artıq komissiyaya göndərilib: “Həbsdə olan jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri, qəzet redaktorları və digərləri bu siyahıya daxildir. Əfv Məsələləri Komissiyasına göndərdiyimiz siyahıda AXCP fəalı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı var”.
Hüquq müdafiəçisi sabiq deputat Eldəniz Səlimovun siyahıya salınıb-salınmaması ilə bağlı sualımızı da cavablandırıb. Novella Cəfəroğlu bildirib ki, Eldəniz Səlimov bununla bağlı onlara müraciət etməyib.
Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Aprelin 26-da Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!