Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə həyat yoldaşı Xalid Quliyevlə bağlı duyğusal bir paylaşım edib. O, 34 il sonra qızı Aynişanın atasının şəhid olduğu torpaqlara ilk dəfə getdiyini qeyd edib. “O gün gəlib çatdı. Bu gün Aynişanım atasının şəhid olduğu torpağa 34 ildən sonra ilk dəfə qədəm qoydu. Bu yolu da çox gözlədik, bu günü də… Bütün Azərbaycan bu günü gözlədi. Nəhayət, küsmüş ruhlar şad oldu,” – deyə sənətçi bildirib.
Minval.info xəbər verir ki, Aybəniz Haşımova paylaşımında 1992-ci ildə Ağdərənin yeddi kəndinin azad olunmasında müstəsna xidmətləri olan və üç döyüş yoldaşını xilas edərkən mühasirədən qayıtdığı yolda Ağdərənin Manikli kəndində minaya düşərək qəhrəmancasına şəhid olan həyat yoldaşının xatirəsini yad edib. “Ruhu şad olsun. Bu gün balası, ruhunun dolaşdığı torpaqlarda, ayağının basdığı, uğrunda döyüşdüyü yerlərdə idi. Yəqin ki, ruhu onu izləyirdi. Yəqin ki, bütün şəhidlərimizin ruhu bu gün orada idi,” – deyə o əlavə edib.
Haşımova, şəhidlərin və qazilərin qarşısında baş əydiyini vurğulayaraq, “Sizin yarımçıq qalan arzularınızı, sizin uğrunda can verdiyiniz torpaqları geri alan qəhrəman oğullarımızın qarşısında da baş əyirik. Şəhidlərimiz. Qazilərimiz. Haqqınız ödənməzdir. Siz Vətənimizin haqqını aldınız. Bu gün onların ruhları sevinir. Sevinir ki, nəhayət, haqq öz yerini tapdı. Sevinir ki, torpaqlarımız azaddır. Sevinir ki, bayrağımız o müqəddəs torpaqlarda dalğalanır,” – deyə qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi
Yeraltı serialının yeni mövsümü gəlir!
Türkiyədə toy qonaqları qəzaya düşdü: 21 yaralı
Elşad Xose psixiatriya iddialarını təkzib etdi
Sevda Yahyayevadan səmimi və unudulmaz konsert gecəsi
Çin-İran əlaqələri: ABŞ bazasının görüntü qalmaqalı
Payız yorğunluğu: Halsızlığın gizli səbəbləri açıqlandı