Salah ardıcıl ikinci il Afrikanın ən yaxşı futbolçusu seçilib
2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına İngiltərənin “Liverpul” klubunun misirli yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb.
“Report” xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi “Twitter” səhifəsi məlumat yayıb.
Salah Dakar şəhərində keçirilən təntənəli mərasim zamanı ən yaxşı futbolçu hesab edilib.
Misir yığmasının futbolçusu bu mükafat uğrunda mübarizədə seneqallı həmklubu Sadio Mane və London “Arsenal”ının qabonlu hücumçusu Pyer-Emerika Obameyanqı qabaqlayıb.
Salah ikinci il ardıcıl olaraq sözügedən mükafata layiq görülür, halbuki Mane və Obameyanq ötən il də ilk üçlüyə daxil idi.
26 yaşlı Salah 2018-ci ildə 36 oyuna 32 qol vurmaqla İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub. Cari mövsümdə onun hesabında 13 qol var və Salah bombardirlər yarışmasında üçüncü yerdə qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı dünya və olimpiya çempionu dopinqə görə cəzalandı
Paralimpiya Oyunları: Taekvondoçularımız bürünc medal üçün döyüşəcək - FOTO
Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib
UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
"Neftçi" "Zirə"ni məğlub edib
Tamerlan Burcəliyev şəhid qardaşının adını kürəyində daşıyacaq - FOTO
Azərbaycan çempionatında türk referi hakimlik edəcək