03.02.2018 - 20:38
Kriminal
24 baxış
Şagird dərs vaxtı müəllimini bıçaqladı - AZƏRBAYCANDA
Göyçay rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanov dərs vaxtı 9-cu sinif şagirdi N.B.-ni kobud davranışına görə danlayıb və onların arasında mübahisə yaranıb.
Əsəbləşərək yaşadığı evə gedən N.B. mətbəx bıçağını götürərək məktəbə qayıdıb. O, müəllimi Elşən Süleymanova yaxınlaşaraq qəflətən onu bıçaqlayıb. Yaxınlıqdakı müəllimlərin köməyi ilə bıçaq şagirdin əlindən alınıb. Hadisə zamanı Elşən Süleymanov qolundan bıçaq xəsarəti alıb. Ona tibbi yardım göstərilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
31.10.2026 - 12:24
Azərbaycan elminə ağır itki
31.10.2026 - 11:54
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
31.10.2026 - 10:14
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
30.10.2026 - 17:34
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
30.10.2026 - 16:24
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30.10.2026 - 12:24
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
30.10.2026 - 12:14
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
30.10.2026 - 11:54