Sabunçuda su qəzası: İçməli su israfı!
Sabunçu rayonunda, Balaxanı və Məmmədli kəndləri arasında yerləşən ərazidə su axıntısı müşahidə olunub. Əsas kollektorda baş verən qəza nəticəsində içməli su çöllük əraziyə axaraq gölə bənzər sahə yaradıb.
Minval.info xəbər verir ki, sakinlər artıq 2-3 gündür bu vəziyyətin davam etdiyini bildirirlər. Onlar içməli su ilə bağlı çətinlik yaşadıqları halda, böyük həcmdə suyun əraziyə axmasının narahatlıq doğurduğunu qeyd edirlər. Sakinlərin sözlərinə görə, qəza ilə bağlı ərazidə uzun müddət heç bir müdaxilə edilməyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Balaxanıda müşahidə olunan su axıntısı vantuzda baş verən nasazlıqla əlaqədardır. Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb olunub və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moped və velosiped sürənlərə xəbərdarlıq
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hakkaridə Türkiyə əsgəri həlak oldu
Ata hamilə qızını və sevgilisini qətlə yetirdi