Sabiq futbolçu komandasının məğlubiyyətinə dözməyib, öldü
Misirin və “Zemalek”in sabiq futbolçusu Abdurrahim Muhammed Səudiyyə Ərəbistanının son dəqiqədəki qolundan sonra ürəktutmasından vəfat edib.
Minval.info Sport7.az-a istinadən xəbər verir ki, Dövlət televeziyası Özəl Kanallar Bölməsinin başqanı Üsame Behnesi mətbuata açıqlamasında, veteran futbolçunun oyuna baxarkən ərəblərin son dəqiqədə vurduğu qola görə həyəcan keçirərək ürəktutmasından öldüyünü bildirib. Mətbuatda yazılanlara əsasən Muhammed xəstəxanaya aparılsa da, orda həyatını xilas etmək mümkün olmayıb.
Rusiyada baş tutan DÇ-2018-də A qrupunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Misir son dəqiqədə qapısından qol buraxaraq meydançadan 1:2 hesablı məğlubiyyətlə ayrılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
