Sabahın hava proqnozu açıqlanıb
Dekabrın 19-na gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Porno filmə çəkilən azərbaycanlı model məhkəmə qarşısında
Sürücülərin nəzərinə, cərimə oluna bilərsiniz
Azərbaycanda film kimi hadisə - 10 yaşlı qız qaçırıldı
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrilib - QƏRAR
Ziya Məmmədov oğlunu Londondan qaçırıb