“Sabah” Serbiya millisinin futbolçusu ilə anlaşdı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Minval.info xəbər verir ki, serbiyalı hücumçu Petar Şkuletiç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 31 yaşlı futbolçu ilə müqavilə müddəti 2 ildir.
Şkuletiç karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/18), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib.
Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transferi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
Trampın İnfantino ilə bağlı başqa planı varmış
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
“Azərlotereya” çempion axtarır!
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb