27.10.2019 - 12:00
Ölkə 4 baxış

Sabah hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya verilən məlumata görə, səhər  bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  gecə 12-16° isti, gündüz  20-23°, Bakıda gecə 12-14° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz  20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz  9-14° isti təşkil edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: