Sabah bu ərazilərdə qaz olmayacaq

Martın 14-də Sumqayıt və Abşeronun bir hissəsində qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Minval.İnfo-ya verilən məlumata görə, Sumqayıt şəhəri 12-ci mikrorayon Koroğlu küçəsində yerləşən ərazidə məcburi köçkünlər üçün inşa edilmiş, 1088 mənzilli yaşayış kompleksinə çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 23-cü km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar, 13 mart 2019-cu il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonu Xırdalan şəhəri, Ceyranbatan, Saray, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək, Çiçək, Müşviqabad və 28 May qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?