Sabah Bakının bu hissələrində qaz olmayacaq
Bakı şəhəri Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-dən verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
24 yaşayış məntəqəsində su problemi həll ediləcək
Ramazan ayında dindarlardan nümunəvi addım - Fotolar
Sahil Babayev 190 manatın 600 min vətəndaşa çatdırılacağı vaxtı açıqladı
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Daha 3 qazi müalicə məqsədi ilə Türkiyəyə göndərilib - FOTO
Bu beşmərtəbəli binalar söküləcək: "Binaların yaşı artıqca..."