Sabah Bakıda qar yağacaq
Yanvarın 20-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı və soyuq doskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu