“Səngəçal” terminalından ixrac olunan neft və qazın həcmi AÇIQLANIB -
2021-ci ilin birinci yarısında “Səngəçal” terminalından təxminən 115 milyon barel neft və kondensat ixrac edilib.
“BP Azərbaycan”dan verilən məlumata əsasən, bu 2020-ci ilin birinci yasının göstəriciləri ilə müqayisədə 9,4 faiz azdır.
Bildirilib ki, bu dövrdə 99 milyon barel “Bakı-Tbilisi-Ceyhan” (BTC) vasitəsilə, təxminən 16 milyon barel “Qərb İxrac Boru Kəməri” marşrutu vasitəsilə ixrac baş tutub.
Bu dövr ərzində terminaldan gündəlik orta hesabla 55 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac edilib və bu ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,6 faiz çoxdur.
Qeyd edək ki, AÇG və “Şahdəniz” yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər
66 il əvvəl hesablayıblar: dünyanın sonuna 1 ay qaldı?
Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır
Türkiyənin müdafiə sənayesinin sürətli inkişafı İsraildə diqqət çəkir
Maya dişçilərinin qədim bacarıqları: Yad daşla bəzədilmiş diş
Avropanın ən yaşıl şəhəri haradadır? 2028 üçün səkkiz finalçı açıqlandı