Şəmkirli iş adamının “Hummer”ini və özünü yandırmasının - TƏFƏRRÜATI
Avqustun 6-da Şəmkirdə yerli sakinin özünü və “Hummer” markalı avtomobili yandırmasının təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupunun baş müfəttişi Eşqin Qasımov Oxu.Az-a bildirib ki, insident Dövlət Yol Polisi Baş İdarəsinin Şəmkir Rayon Bölməsinin dayanacağında baş verib.
Rayon məhkəməsinin qərarı ilə Yeni həyat kəndinin 1973-cü il təvəllüdlü sakini Qasımov Fuad Aydın oğlunun avtomobilinə iki il yarım əvvəl həbs qoyulub. Buna səbəb kişinin müxtəlif şəxslərə iri məbləğdə pul borclu olması göstərilib. Maşın 51 min manat dəyərində qiymətləndirilib və satışa çıxarılıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Kənd sakini bundan sonra qəzəblənərək, özünü və maşınını yandırıb, ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Fuad Qasımovun işi üzrə məhkəmə prosesi 2013-cü ildə başlayıb və indiyədək davam edir. O, daha əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin sonra müflisləşib.
Faktla bağlı təhqiqat davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı