“Səməd Seyidov istefa verməlidir”
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidovun AŞPA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara politoloq Elxan Şahinoğlu münasibət bildirib.
Minval.İnfi xəbər verir ki, politoloq S.Seyidovun bugünkü mətbuat konfransında “Sanksiyaya baxmayaraq, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək” sözlərini təqdir etdiyini deyib:
“Səməd Seyidov Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil. Mən də elə həmin gün status paylaşdım ki, sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır, çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də S. Seyidovun “Azərbaycan AŞPA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək” sözlərini təqdir edirəm. O Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, “Sən Azərbaycan deyilsən, dövlətin adından danışma!”
E.Şahinoğlu S.Seyidovun indi başqa addım atmalı olduğunu da sözlərinə əlavə edib:
“O, yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu elə bugünkü mətbuat konfransında elan etsəydi yaxşı olardı. Azərbaycan AŞPA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya olunmamasının sirri açıldı
Nazpərini həbs gözləyir - “3 ildən 8 ilə qədər..."
"“Relax” 7 ayda cəmi 70 qəpik vergi ödənişi edib" - AÇIQLAMA
"Bu yaş qrupunda olan insanlar narahat olmasın"
Əli Həsənova məxsus bina boşaldılır - FOTO
“Kids Studio” bağçasında uşağa işgəncə verən qadının ADI və FOTOSU
Bakı ifrat təhlükəli hidrometeoroloji hadisəyə hazırdırmı?