Şəkidə meşəlik ərazidə yanğın başladı
Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova “Minval.info”ya bildirib ki, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
“Hazırda ETSN-in yerli qurumlarının 100-ə qədər əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri yanğının söndürülməsində iştirak edir”.
İ.İbrahimova vətəndaşlara bir daha müraciət edərək meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq, təbiət ərazilərində istirahət edən hər kəsi ehtiyatlı və diqqətli olmağa, məsulliyəti hiss etməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman
Xocalıda ANAMA əməkdaşı minaya düşdü, xəsarət aldı
Qaxda BMW ağaca çırpıldı, sürücü xilas edildi
Şəkidə faciə: İstirahət mərkəzi sahibinin sirri