Şəkidə kanat qəzası: Təmir sonrası faciə!
Şəkidə baş verən və iki nəfərin həyatını itirməsi ilə nəticələnən kanat qəzası ilə bağlı yeni məlumatlar üzə çıxıb. Hadisə “Şəki Yaylası” istirahət mərkəzində baş verib.
Minval.info xəbər verir ki, hadisə şahidlərindən biri, adının açıqlanmasını istəməyən şəxs, qəzanın onun kanata minməsindən təxminən 5 dəqiqə sonra baş verdiyini bildirib. Şahid, sentyabrın 4-də ərazidə olduğunu və həmin vaxt kanatın təmirə bağlandığını öyrəndiyini qeyd edib.
Şahid bildirib ki, “mega” kanat təmirdə olduğu üçün həmin gün istifadə edə bilməyib. Lakin sentyabrın 8-də kanat istifadəyə açılıb və o, kanata mindikdən 5 dəqiqə sonra qəza baş verib. Şahid, “Bəs bunu necə təmir ediblər ki, belə hadisə baş verdi? Kanat niyə düzgün təmir olunmayıb?” sualını verib.
Hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu həyatını itirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəki yaylasında ziplayn faciəsi: İki gənc həlak oldu
Zərdabda ad günü məclisi faciə ilə bitdi
Şəmistan Əlizamanlının mahnıları TRT filmində səsləndi
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır