Səhiyyə Nazirliyindən fərqli nəticələr göstərən testlərlə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov koronavirus xəstələrindən götürülən test nümunələrinin fərqli nəticələr göstərməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Onun sözlərinə görə, COVID-19 testinin pozitiv çıxması birmənalı olaraq xəstəliyin olduğunu təsdiqləyir:
“Vətəndaşdan götürülən testlər standart olmadığı üçün fərqli cavabların olması təbii haldır. Bəzən şikayətlər daxil olur ki, vətəndaş bir neçə gün fərqlə test verir və nəticə fərqli olur. Ümumiyyətlə, tibbdə 100 faizlik nəticə yoxdur. Testlər standart olmadığına görə müxtəlif yerlərdə fərqli cavablar əldə edə bilərsiniz.
Seroloji testlərə etibar etmək o qədər də uyğun deyil. Əsas effektiv üsul Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiqlənən PZR yaxma testinin aparılmasıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!