Səhiyyə Nazirliyi bu dərmanların satışını qadağan etdi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin “Thiogamma®Turbo” infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.
Minval.info xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb.
Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.
2018-ci ilin ikinci yarımilliyi ərzində Mərkəzin Farmakonəzarət sektoru tərəfindən dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnalların risk-fayda nisbətlərinin araşdırılması nəticəsində Çinin “Zhejiang Huahai Pharmaceuticals” şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında kanserogen xüsusiyyətlərə malik olan “N-nitrosodimethylamine” (NDMA) maddəsi tapıldığından həmin substansiyadan istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri geri çağrılıb. Bu siqnal üzrə araşdırmaların davam etdiyi müddətdə həmin dərman vasitələrinin ölkəyə idxalı, topdan və pərakəndə satışı qadağan edilib.
2018-ci ilin ikinci yarımilliyi ərzində Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 16270 sayda (il ərzində 31886 sayda) dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miqrenə səbəb olan 7 qida – Yedikdən sonra dəhşətli baş ağrıları başlayır
Bədəndə çox sayda xal olması nəyin əlamətidir - Diqqət
Abşeronda 7 uşaq qidadan zəhərlənib
Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə xəbərdarlıq etdi
Kələm turşusunun orqanizmə 12 qeyri-adi faydası – Həkimlər də məsləhət görür
Dişləri korlayan 11 ərzaq məhsulu
Əhalinin nəzərinə: 4-cü doza vaksin tətbiq oluna bilər - VİDEO