Səhiyyə Nazirliyi: “Antibiotiklərin reseptsiz satışına nəzarət gücləndirilməlidir"
“Əslində ölkədə antibiotiklərin reseptsiz satışı qadağandır. Lakin qanunvericilikdə bu sahədə müəyyən boşluqlar olduğundan onların pərakəndə satışına rast gəlinir”.
Minval.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.
Nazirlik rəsmisi qeyd edib ki, pandemiya zamanı rast gəlinən çətinliklər bu sahədəki boşluqları bir daha sübut etdi: “Bu səbəbdən qanunvericiliyin düzgün və qaydasında işləməsi üçün lazımi tədbirlər görülməlidir. Nəzarətin gücləndirilməsi də əsas şərtlərdən biridir. Elektron reseptlərin tətbiqi bu işə böyük təkan verə bilər. Mərkəzləşdirilmiş qaydada monitorinq aparılmasa bir günə problemi həll etmək mümkün deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!