Səhiyyə Nazirliyi ana ölümü ilə bağlı məlumat yaydı
Göyçay rayon Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış Əliyeva Nurlanə Əlişirin qızı (1990 cı il tvəllüdlü) Göycay MRX-na qanaxma ilə müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, güclü qanaxmanın qarşısını almaq məqsədi ilə hamiləliyin süni dayandırılması qərarı verilib:
“Xəstəxanadan verilən məlumata görə süni müdaxilə zamanı xəstə dünyasını dəyişib.
Hazırda Səhiyyə Nazirliyinin Ölüm Hallarını Araşdıran Komissiyası və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi, habelə, Göycay Rayon prokurorluğu hadisəni araşdırır”.
Rəsmi məlumata görə, ölümün dəqiq səbəbi haqqında məlumat istintaq araşdırmaları başa çatdıqdan sonra müəyyənləşəcək və ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, Əliyeva Nurlanə bu günə kimi 4 hamiləlikdən 3 keysəriyyə kəsiyi əməliyyatı keçirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi