01.02.2022 - 13:55
Ölkə
19 baxış
Şəhid qızı vəzifəyə təyin olundu
Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Mehdiyeva Bəhmən qızı həmin məktəbə direktor vəzifəsinə təyin olunub.Minval.İnfo xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, R.Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb.
Onun babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib. R.Mehdiyevanın atası – Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 26-da Ballıqaya ərazisində şəhid olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
14.09.2026 - 11:17
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
14.09.2026 - 10:56
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
14.09.2026 - 10:07
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
14.09.2026 - 10:00
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
14.09.2026 - 09:25
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
14.09.2026 - 08:50
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
13.09.2026 - 21:17
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
13.09.2026 - 19:25