Şəhid məzarlığı dağıdıldı: bələdiyyə isə... - VİDEO

Xırdalan qəbiristanlığında Əfqan Şəhidliyi dağıdılıb.
Minval.İnfo xəbər verir ki, qəbirlərin dağıdılmasını əks etdirən video sosial şəbəkədə yayılıb. Görüntülərdə Qarabağ müharibəsində bizimlə çiyin-çiyinə döyüşən və şəhid olan əfqanların məzarlarının uçurulduğu, baş və sinə daşlarının sındırıldığı öz əksini tapıb.
Xırdalan qəbiristanlığında “Əfqan şəhidləri xiyabanı” adlanan yerdə dağıdılan şəhid məzarları birinci Qarabağ müharibəsində Əfqanıstandan, xüsusilə Kabul, Qəndəhar, Nanqahar şəhərindən Azərbaycana könüllü olaraq gələn əsgərlərin məzarlarıdır. Sözügedən şəhidlər Füzuli və Ağdam cəbhəsində döyüşüblər.
Qəbiristanlıqda təkcə qəbirlər deyil, pilləkənlər, hasar daşları da dağılıb, şəhidlərə aid olan məzarıq hissə bərbad vəziyyətə düşüb.
Qeyd edək ki, bu şəhidliyin qurulması Azərbaycanın torpaqları uğrunda döyüşən insana – kimliyindən asılı olmayaraq – göstərdiyi sayğının nəticəsidir. Təəssüf ki, bu diqqət və qayğı kimlərinsə vəhşiliyi nəticəsində əks təbliğata çevrilir.
***
Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli Axar.az-a açıqlamasında sözügedən qəbiristanlığın başqa rayonun ərazisinə düşdüyünü deyib:
“Hadisə ilə maraqlanmışam. Məlumatınıza çatdırım ki, sözügedən ərazi Abşeron rayon ərazisinə düşmür. Səhv etmirəmsə, qəbiristanlıq Binəqədi rayon ərazisində yerləşir”.
***
Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov isə əfqan şəhidlərinin uyuduğu həmin yeri özünün abadlaşdıracağını bildirib:
“Söz vermişəm ki, oranı abadlıaşdıracam, bir bələdiyyə sədri kimi deyil, insanlıq naminə edəcəyəm bunu”.
Bələdiyyə sədri deyib ki, sözügedən qəbiristanlığın bir hissəsi onların ərazisinə düşür:
“Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində məzarlıqlara nəzarət edən qurum var. Qəbiristanlıqlara onların münayəndəsi nəzarət edir. Məzarlığın bir hissəsinə biz nəzarət edirik. Baxımsızlıqdan xəbər tutmuşuq və oranın da baxımsızlıqdan dağıldığı qənaətindəyik. Bildirirəm ki, tezliklə orada abadlıq işlərinə başlayacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cərimələr artırılacaq? Nazirlik hökumətə müraciət hazırlayır – Açıqlama
Maqsud Mahmudovun istintaqı başa çatıb, 90 nəfər zərərçəkən şəxs tanınıb
"Baku Electronics" müştəriyə uduzdu - Məhkəmə qərarı - FOTO
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda koronavirusa yoluxan 1436 nəfərdən 791-i sağalıb
Səfər Mehdiyevin işdən çıxardığı rəis nazirin əmisi oğludur? - Açıqlama