Şəhid övladları üçün möhtəşəm Bilik Günü tədbiri
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib. Tədbir “Azərlotereya” ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub. İçərişəhərdə keçirilən tədbirdə ali təhsil müəssisələrinə qəbul olunan 30-dan çox şəhid ailə üzvü iştirak edib.
Minval.info xəbər verir ki, tədbirdə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər. Çıxışlarda gənclərin nailiyyətləri yüksək qiymətləndirilib və onlara tələbəlik həyatlarında uğurlar arzulanıb. Şəhid ailələrinə göstərilən diqqət və dəstəyin əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində “Əmanətə Sədaqət” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar arzu lövhəsində diləklərini qeyd edərək xatirə fotosu çəkdiriblər. Günün davamında iştirakçılar İçərişəhər turuna qatılıblar və tarixi məkanlarla tanış olublar. Sonda tələbələrə hədiyyələr təqdim olunub.
“Əmanətə Sədaqət” layihəsi artıq 5 ildir həyata keçirilir və bu müddət ərzində 231 tələbəni əhatə edib. Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Avstriya və Almaniyada yay düşərgələri təşkil olunub. Gənclər muzey və tarixi abidələrə səfərlər edib, müxtəlif təlimlərdə iştirak ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada Azərbaycan narı satışa çıxdı
Xaricdə iş axtaranlara təhlükəsiz seçim imkanı!
Pirəkəşküldə zəhərli ilanlar evləri bürüdü
Günel Ziyadova: Analıq və həkimlikdə çətinliklər
Bakı Hərbi Kollecinin kursantı faciəvi şəkildə vəfat etdi
Azərbaycanda ətin qiymətinə subsidiya dəstəyi!
Bakubus-un ikinci deposu siyahıdan çıxarıldı