Evinizi qışa hazırlayın: İstilik sisteminə diqqət!
Payızın gəlişi ilə Bakıda havanın kəskin soyuması və yağışlı günlərin artması, sakinlərə qışın yaxınlaşdığını xatırladır. Soyuq havaların başlaması ilə evlərdə istilik sistemlərinin işə salınması zərurəti yaranır. Bu isə kommunal xərclərin artmasına səbəb ola bilər. Bəs qışa hazırlıq üçün nələrə diqqət yetirmək lazımdır?
Minval.info xəbər verir ki, qışa hazırlıq yalnız kombini işə salmaqdan ibarət deyil. İstilik sisteminin əvvəlcədən yoxlanılması, radiatorların vəziyyətinə diqqət yetirilməsi və evdə istilik itkisinin qarşısının alınması enerji sərfiyyatını azaltmaq üçün vacibdir.
Radiatorların hər il yuyulması mütləq tələb deyil. Lakin zamanla içərisində lil və pas toplanmış radiatorlar istilik dövranını zəiflədə bilər. Əgər radiatorun bəzi hissələri soyuq qalırsa və ya sistemdə səs yaranırsa, mütəxəssis tərəfindən yoxlanılması tövsiyə olunur.
Radiatorun yuxarı hissəsinin soyuq qalması sistemdə hava yığılmasının əlaməti ola bilər. Bu halda radiatorun havasının alınması və kombinin su təzyiqinin yoxlanılması vacibdir.
Kombini maksimum dərəcədə işlətmək qənaət deyil. Evin istiliyini sabit və komfortlu səviyyədə saxlamaq daha səmərəlidir. İstifadə olunmayan otaqlarda istiliyi azaltmaq sərfiyyatı aşağı salır, lakin otaqları tamamilə soyuq saxlamaq da düzgün deyil, çünki bu, kif və nəmlik probleminə səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xankəndidə 200 vakansiyalı əmək yarmarkası!
Bakıda sabah yağış və şimşək gözlənilir
Bakıda universitet şəhərciyi: Nəqliyyat sıxlığı azalacaq?
Şəhid övladları üçün möhtəşəm Bilik Günü tədbiri
Rusiyada Azərbaycan narı satışa çıxdı
Xaricdə iş axtaranlara təhlükəsiz seçim imkanı!
Pirəkəşküldə zəhərli ilanlar evləri bürüdü